Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli birliyin, həmrəyliyin artması YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edir

0

  •         05 Mart 2021-ci ildə hakim Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Ən yadda qalan siyasi hadisəsi olan qurultayda diqqət çəkən məqamlardan biri bəzi partiyaların YAP-la birləşmək istəyi oldu.         Azərbaycanda fəalityyət göstərən 8 siyası partiyanın hakim Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Kəndli Partiyası,Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyasıdır. Azərbaycanda ilk dəfədir ki, bu sayda siyasi partiya həmrəylik nümayiş etdirərək digər güclə  birləşir. Bundan əvvəlki dövrdə bu cür hadisə baş verməyib. Əksinə bir az güclü sayan siyasi partiyalarda parçalanmalarla yadda qalıb.        Ümumilli lider Heydər Əliyevin yaratdığı hakim partiya tariximizin son dərəcə ağır və keçməkeşli günlərində ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaradılıb.       Azərbaycan cəmiyyətində hakim partiya olan müsbət münasibət dəyişməz olaraq qalır. Partiyaya digər təşkilatların qoşulması isə siyasi həmrəyliyin, həmçinin YAP-ın barışıq nümunəsinə çevrilməsinin göstəricisidir.        Vurğulayım ki, 44 günlük Vətən Müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Hakim partiyanın Baş toplantısı demokratik ənənələrin inkişafına yönəlmişdir.Leyli Yusifova,Xocalı şəhər sakini 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    Milli birliyin həmrəyliyin artması YAP ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edir

    Maraqlı gələ bilər
    44
    33
    52
    53